Müəllif:Ayşən İmanova/Banco.az
Ukrayna hökuməti ABŞ Federal Maliyyə Bankından 40 il müddətinə 20 milyard dollara qədər kreditin alınmasına dair sazişi təsdiqləyib.
Banco.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollar yardım etmək üçün G7 proqramının bir hissəsidir.
Müqavilənin şərtlərinə görə, kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək. ABŞ hökumətinin bu krediti 31 dekabr 2024-cü ildən gec olmayaraq maliyyələşdirməsi gözlənilir.
Bundan əvvəl G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollar ayırmağa razılaşmışdılar. Bu məbləğdən ABŞ-nin töhfəsi 20 milyard dollar təşkil edir. Avropa İttifaqı isə 35 milyard avroya qədər vəsait ayırmağı planlaşdırır.