Üç ayda 97 ölkə BMT-yə 1,43 milyard dollar ianə edib | Banco.az

Üç ayda 97 ölkə BMT-yə 1,43 milyard dollar ianə edib

Müəllif:Mehin Qasımova,Banco.az

Birləşmiş Millətlər Təşkilatı (BMT) ilin ilk üç ayında 97 üzv dövlətdən ümumilikdə 1, 43 milyard dollar ianə aldığını açıqlayıb.

Banco.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlamalar verib.

O, 1 yanvar - 31 mart tarixləri arasında 97 ölkədən ümumilikdə 1.43 milyard dollar dollar ianə edildiyini bildirib.

Dujarric artıq ödəniş edən ölkələrə təşəkkür edib.