"UBS" Çin iqtisadiyyatının 4 faiz artacağını proqnozlaşdırır | Banco.az

"UBS" Çin iqtisadiyyatının 4 faiz artacağını proqnozlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"UBS" Çin iqtisadiyyatının təxminən 4 faiz artacağını proqnozlaşdırır.

Banco.az xəbər verir ki, “UBS” İnvestisiya Bankının Asiya İqtisadiyyatı üzrə rəhbəri və baş Çin iqtisadçısı Tao Vanq bildirib ki, Çinin ÜDM (ümumi daxili məhsul) artımının 2025-ci ildə ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi son gömrük rüsumu dərəcələrindən və əlavə daxili siyasət təşviqlərinin miqyasından asılı olaraq 3,7%–4% səviyyəsinə çatacağı proqnozlaşdırılır.

ABŞ–Çin ticarət gərginliyinin son dövrlərdə azalması 2025-ci ildə əlavə maliyyə təşviqlərinin potensial miqyasını azalda bilər. Davam edən deflyasiya təzyiqləri və yüksək qeyri-müəyyənlik şəraitində 2025-ci ildə Çin Mərkəzi Bankının faiz dərəcələrini 20–30 baza bəndi qədər endirəcəyi gözlənilir. Hökumət isə daşınmaz əmlak ehtiyatlarının (stoklarının) azaldılmasını daha da stimullaşdıracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram