"UBS" bankın CEO-su 2025-ci ildə bazarları sarsıdacaq iki riskin adını çəkib | Banco.az

"UBS" bankın CEO-su 2025-ci ildə bazarları sarsıdacaq iki riskin adını çəkib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“UBS” bankın CEO-nun fikrincə, 2025-ci ildə bazarları iki risk sarsıda bilər.

Banco.az xəbər verir ki, “UBS” bankın baş direktoru Sergio Ermotti Abu Dabi Maliyyə Həftəsi çərçivəsində jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, ABŞ-ın yeni administrasiyasının ticarət tərəfdaşlarına gömrük rüsumlarının artırılması ilə bağlı mümkün addımı və dünyada davam edən münaqişələr gələn il maliyyə bazarlarında riski artıra bilər.

Ermotti bildirib ki, geosiyasi hadisələrin sürətlənməsi və makroiqtisadi cəbhələrdə artımlar - tariflər, proteksionizm - ciddi şəkildə izlənilməlidir, bu məsələlər hələ də çox qeyri-müəyyəndir və bazarlarda əsaslı volatillik olacaq.

Dünyanın ən böyük aktiv menecerlərindən birinin baş direktoru olan Ermotti müştərilərinə mövcud şəraitdə yaxşı diversifikasiya etməyi tövsiyə etdiyini və hazırda güclü risk iştahı görmədiyini söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

"İqtisadi və siyasi perspektivdəki qeyri-müəyyənliyə baxmayaraq, istehlakçılar və iqtisadiyyat hələ də dayanıqlıdır”, CEO bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram