Türkiyədə sənaye istehsalı azalıb | Banco.az

Türkiyədə sənaye istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2025-ci ilin sentyabr ayına dair sənaye istehsalı göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, sənaye istehsalı sentyabr ayında əvvəlki aya nisbətən 2,2 faiz azalıb. Bu, son beş ay ərzində qeydə alınan ən kəskin aylıq azalma olub.

Sənayenin alt sahələri üzrə göstəricilərə baxıldıqda, mədənçilik və dağ-mədən sənayesi indeksi əvvəlki aya nisbətən 1,2 faiz artıb, emal sənayesi indeksi 2,3 faiz azalıb, elektrik, qaz, buxar və iqlimləndirmə istehsalı və paylanması sektoru indeksi isə 2,4 faiz azalıb.

Sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artıb. Lakin bu, mart ayından bəri qeydə alınan ən zəif artım olub.

Sənayenin alt sahələri üzrə göstəricilərə baxıldıqda isə mədənçilik və dağ-mədən sənayesi indeksi ötən ilin eyni ayına nisbətən 3,1 faiz, emal sənayesi indeksi 2,7 faiz, elektrik, qaz, buxar və iqlimləndirmə istehsalı və paylanması sektoru indeksi isə 5,3 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram