Türkiyə Respublikası Mərkəzi Bankının valyuta ehtiyatları yeni rekord həddə çatıb | Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankının valyuta ehtiyatları yeni rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Mərkəzi Bankının (TCMB) ehtiyatları 150 milyard dolları ötüb.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları avqustun 2-si həftəsində 150,4 milyard dollara yüksəlib.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) valyuta ehtiyatları yeni rekord həddə çatıb.

TCMB məlumatlarına görə, ümumi ehtiyatlar avqustun 2-də bitən həftədə 150,4 milyard dollara yüksəlib ki, əvvəlki həftə ümumi ehtiyatlar 148 milyard dollar səviyyəsində idi.

Xalis ehtiyatlarda da bərpa sürəti davam edib. Belə ki, TCMB-nin xalis ehtiyatları sözügedən həftə 51,4 milyard dollara yüksəlib.

"Swap"lar istisna olmaqla xalis ehtiyatlar isə 24,4 milyard dollardan 28,5 milyard dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram