Türkiyə Mərkəzi Bankı ilin ilk iclasında faiz endirimi həyata keçirib | Banco.az

Türkiyə Mərkəzi Bankı ilin ilk iclasında faiz endirimi həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ilin ilk iclasında bazarın proqnozlarına uyğun olaraq uçot dərəcəsini 2,5 bənd endirib.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 2,5 faiz bəndi azaldaraq 45 faizə endirib.

“Bloomberg HT” sorğusunda iştirak edən iqtisadçıların proqnozu faiz dərəcəsinin 250 baza bəndi azalaraq 45 faizə çatdırılması istiqamətində idi.

Dekabr ayında inflyasiyanın əsas meylinin azaldığını, yanvar ayında isə qabaqcıl göstəricilərin proqnozlarla uyğun bir artıma işarə etdiyini bildirən TCMB bu inkişafda zamanla bağlı qiymət təyin etmə və keçmiş inflyasiyaya indeksləmə meyli yüksək olan xidmət kateqoriyalarının ön plana çıxdığını vurğulayıb.

Əsas mal inflyasiyasının nisbətən aşağı səviyyədə qaldığını qeyd edən mərkəzi bank son rübə aid göstəricilərin daxili tələbin inflyasiyadakı azalmaya dəstək verdiyini göstərdiyini bildirib.

Qərar mətnində qeyd edilib ki, inflyasiya gözləntiləri və qiymət təyin etmə davranışları yaxşılaşma meyli göstərsə də, deflyasiya prosesinə dair risk faktoru olmağa davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram