Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında nəqliyyat sahəsində əməkdaşlıq başlayacaq | Banco.az

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında nəqliyyat sahəsində əməkdaşlıq başlayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında nəqliyyat sahəsində əməkdaşlıq başlayacaq.

Banco.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Nəqliyyat və Logistika Xidmətləri naziri Saleh bin Nasser Əl-Cassərlə görüş keçirib. Görüş zamanı “Dəmir yolu sektoru sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Logistika xidmətləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Toplantıda çıxış edən Abdulkadir Uraloğlu bildirib ki, regionun hazırda keçdiyi həssas mərhələdə ticarət və logistika zəncirinin fasiləsiz fəaliyyət göstərməsi əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.

Nazir vurğulayıb ki, bu dövrdə nəqliyyat sektorunun qarşısındakı maneələrin aradan qaldırılması strateji zərurətə çevrilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram