Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə ilə Qazaxıstan arasında qarşılıqlı razılaşmalar əldə olunub.
Banco.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri zamanı iki ölkə arasında, xüsusilə enerji sahəsi başda olmaqla, mühüm sazişlər imzalanıb.
Prezident Ərdoğan və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev regional sabitlik və iqtisadi inkişaf yönümlü bir sıra strateji qərarlara imza atıblar.
Enerji sahəsində ən diqqətçəkən yenilik Türkiyənin milli enerji şirkəti “TPAO”nun Qazaxıstandakı layihələrə qoşulması olub.
“Bloomberg”in yaydığı məlumata görə, “TPAO” Qazaxıstanın zəngin neft və təbii qaz yataqlarında fəal rol almağa hazırlaşır.
Qazaxıstanın milli enerji şirkəti “KazMunayGas” (KMG) ilə “TPAO” arasında neft yataqları üzrə xidmətlər və birgə layihələrin hazırlanmasını nəzərdə tutan əməkdaşlıq sazişi və Anlaşma Memorandumu (MOU) imzalanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
