Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə ilə Çin arasında təmiz enerji sahəsində anlaşma imzalanıb.
Banco.az xəbər verir ki, Antalyada keçirilən COP31 çərçivəsində imzalanan anlaşma təxminən 15 milyard dollarlıq investisiyanı nəzərdə tutur.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” hesabında etdiyi paylaşımda bildirib ki, ölkədə təxminən 15 milyard dollarlıq investisiyanı nəzərdə tutan bu saziş çərçivəsində ümumi gücü 7 min meqavat olan günəş və külək elektrik stansiyalarının, yeni enerji saxlama sistemlərinin və 4 min meqavatlıq elektrik ötürücü infrastrukturun yaradılması hədəflənir.
Bayraktar əməkdaşlığın Türkiyədə yalnız bərpaolunan enerji gücünü artırmaqla məhdudlaşmayacağını vurğulayıb. Onun sözlərinə görə, texnologiya transferinə də imkan yaradacaq bu əməkdaşlıq külək turbinləri üçün avadanlıqların Türkiyədə istehsalına və yerli sənayenin inkişafına mühüm töhfə verəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
