Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Təkrar emal vərdişlərinizi təkmilləşdirmək təkcə planetimiz üçün deyil, həm də cibimiz üçün daha yaxşı ola bilər.
Banco.az daha az israf etməklə mətbəxdə pula qənaət etməyin yolları barədə məsləhətləri təqdim edir:
1. Ağıllı alış-veriş edin
Qənaət etməyin ən yaxşı yolu atdığınız əşyaları hesablamaqdan başlayır.
Böyük Britaniyada təqribən hər il 700 funt- sterlinq dəyərində qida zibil qutusa atılır. Planlaşdırılmayan alış-veriş nəyinki cibinizə,eyni zamanda böyük israfa səbəbdir. Buna görə də, mağazada həftəlik alış-veriş edən zaman siyahı üzrə davranmaq qənaət üçün əla vərdişdir.
2. Aldıqlarınızı yaxşı saxlayın
Alış-veriş zamanı canavara dönməkdənsə yeyəcəyiniz qədər meyvə və ya tərəvəz almaq cibinizi yandırmayacaq. Aldığınız tez xarab olan məhsulları soyuducuda yaxşı qorumaq üçün onları təmizləyib təmiz parçaya bükülü saxlamaq “ömrü”nü uzada bilər.
3. Qalıqları istifadə edin
Mətbəxdə yemək hazırlayan zaman ərzaq qalıqlarını zibilə atmaqdansa onlardan dadlı yeməklər bişirmək barədə düşünmək olar. Söhbət qidaların qabıqlarından deyil, kəsilmi, bölünmüş olan hissələrindən gedir. Bir pomidor yumurta bişirən zaman artıq qalan pomidordan dadlı ev üsulu tomat hazırlamaq barədə düşünmək olar. Bunun üçün sizə kiçik bir ədəd soğan və bibər kömək edəcəkdir. Əgər bunun üçün vaxtınız yoxdursa, o zaman az porsiyada bişirməyə özünüzü öyrəşdirin.
4. Özünüzü inkişaf etdirin
Bağçılıqdan tamamilə uzaq olsanız belə, öz tərəvəzlərinizi yetişdirmək üçün tərəvəz köklərindən istifadə edə və ya toxumlarını əkə bilərsiniz. Kartof qabıqlarını dibçəkdə basdıraraq təzə kartoflar əldə edə bilərsiniz.
Həmçinin soğanların cücərmiş üstlərini torpağa basdırsanız bu da təzə soğanların yetişməsi üçün kifayət edəcəkdir.
Bir sözlə mətbəxdə qənaət həm sizin ailə büdcəniz, həm də ekologiya üçün müsbət addımdır.
Bizi sosial şəbəkələrdən izləyin!!