Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp Meksikanın su təchizatı müqaviləsinə əməl etmədiyini iddia edib və borcun ödənilməməsi halında idxala 5% rüsum tətbiq ediləcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp aralarındakı razılaşmaya görə Meksikanın su axını buraxmalı olduğunu, əks halda Meksikadan idxala 5 faizlik tarif tətbiq ediləcəyini bildirib.
Tramp Meksikanın hərtərəfli su müqaviləsini pozduğunu və bunun Texasda kənd təsərrüfatı məhsulları və heyvandarlığa ciddi ziyan vurduğunu iddia edib.
Tramp Meksikanın bu tələbə cavab verməməsinin suya ehtiyacı olan ABŞ fermerlərinə qarşı ədalətsizlik olduğunu qeyd edib:
"Ona görə də mən bu suyun dərhal buraxılmayacağı təqdirdə Meksikaya 5 faizlik tarif tətbiq etmək üçün sənədləşmə işlərini təsdiqləmişəm. Meksika suyun buraxılmasında nə qədər geciksə, fermerlərimiz bir o qədər çox əziyyət çəkəcək. Meksikanın bu məsələni dərhal həll etmək öhdəliyi var".
