Trampın təzyiqi Neftin qiymətini aşağı saldı | Banco.az

Trampın təzyiqi Neftin qiymətini aşağı saldı

Neftin qiyməti ABŞ prezidenti Donald Trampın OPEC – ə yenidən təzyiq göstərməyə başlamasından sonra aşağı düşüb.

ICE Futures Europe birjasında “Brent” markalı neftin noyabr fyuçersi 1 sent düşərək bir bareli 81.86 dollar olub. Fyuçers, çərşənbə axşamı təqribən dörd ilin ən yüksək göstəricisi ilə bağlanıb.  

Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin noyabr fyuçersi isə 45 sent düşərək bir bareli 71.15 dollara çatıb. Fyuçers, çərşənbə axşamı 20 sent yüksələrək 72.28 dollardan bağlanıb.  

Həmçinin oxu: OPEC Azərbaycanla daimi ittifaq yaratmağa çalışır

Tamara Mustafayeva, Banco.az