Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Trampın ictimai dəstək reytinqi benzin və ərzaq qiymətlərinin yüksək olması fonunda 31%-ə enib.
Banco.az xəbər verir ki, Reuters/Ipsos sorğusuna görə, bu göstərici iki həftə əvvəlki nəticədən 1 faiz bəndi aşağıdır.
Sorğuda iştirak edənlərin 68%-i Trampın iqtisadi siyasətini bəyənmədiyini bildirib. İqtisadi idarəetmə məsələsində respondentlərin 40%-i Demokratlara, 33%-i isə Respublikaçılara üstünlük verib.
Benzin qiymətlərinin artması, ərzaq xərcləri və elektrik enerjisi tarifləri amerikalıların iqtisadi narahatlıqlarını artıran əsas amillər sırasında göstərilib.
