Müəllif: Tamara Mustafayeva, Banco.az
Donald Trampın prezidentliyi rəsmiləşdirilib.
Banco.az xəbər verir ki, ABŞ-da son dövrün ən mühüm prezidentlik yarışını qazanan Trampın ikinci dəfə prezidentlik kürsüsünə oturmasına az bir vaxt qalmış, seçki prosesinin son proseduru Konqresdəki birgə iclasla tamamlanıb.
ABŞ-ın vitse-prezidenti və 5 noyabr seçkilərində Demokratların namizədi olan Kamala Harrisin sədrlik etdiyi birgə iclasda ştatların Seçicilər Kollegiyasının ("Electoral College") səsləri bir-bir oxunub.
Prosedur olaraq seçki nəticələrini rəsmiləşdirən iclasda Konqres üzvləri hər ştatın adının oxunmasından sonra qalibi alqışlayarkən zalda bəzən həyəcanlı anlar yaşanıb.
Səslərin sayılmasından sonra ümumilikdə 312 Seçicilər Kollegiyası səslərini toplayan Trampın prezident seçkilərini qazandığı rəsmiləşib.
Demokrat Harris isə seçkilərdə olduğu kimi 226 nümayəndənin səsini alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!