Müəlluf:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp "Qızıl Donanma" üçün yeni nəsil ən müasir döyüş gəmilərinin istehsalına başlayacaqlarını açıqladı.
Banco.az xəbər verir ki, Tramp döyüş gəmilərini ABŞ tarixinin ən güclü döyüş gəmiləri adlandıraraq, ilk ikisinin 2,5 il ərzində donanmaya təhvil veriləcəyini gözlədiyini söylədi.
Tramp bildirib ki, biz buna " Qızıl Donanma" deyirik və onları ABŞ Hərbi Dəniz Qüvvələri üçün tikirik:
"Bu gəmilərə çox ehtiyacımız var. Bəzi gəmilərimiz köhnəlib. Bu gün indiyə qədər tikdiyimiz iki yeni, ən böyük hərbi gəminin inşasını təsdiqlədiyimi elan etməkdən şərəf duyuram".
Tramp yeni döyüş gəmilərinin köhnələrindən 100 dəfə daha güclü və daha böyük olacağını bildirərək, onların ən müasir toplar, raketlər və lazer sistemləri ilə təchiz olunacağını vurğulayıb.
O həmçinin yeni döyüş gəmilərinin bu günə qədər ən sürətli gəmilər olacağını və poladdan hazırlanacağını vurğulayıb.
Ağ ev rəhbri sözügedən döyüş gəmilərinin Çinə qarşı istehsal ediləcək silah olmadığını, lakin ABŞ-ın milli təhlükəsizliyini təhdid edən hər kəsə qarşı istifadə edilə biləcəyini iddia edərək, onlardan heç vaxt istifadə etməməli olacağına ümid etdiyini əlavə edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Con Felon da yeni gəmilərin təxminən 30.000 ton ağırlığında olacağını və donanmanın təxminən 20-25 yeni döyüş gəmisi almağı planlaşdırdığını bildirib.
