Azərbaycan Bolqarıstana neft ixracını azaldıb | Banco.az

Azərbaycan Bolqarıstana neft ixracını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bolqarıstan 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 37 milyon 415 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Bolqarıstanın idxal etdiyi neftin həcmi isə 78 min 495 ton təşkil edib.

Bolqarıstanın idxal etdiyi neftin dəyəri 2025-ci ilə nisbətdə 10 milyon 816 min dollar və ya 77,6%, miqdarı isə 766 min ton və ya 1% azalıb.

Qeyd edək ki, ötən il ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (2,4 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram