Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp qadın sağlamlığı ilə bağlı araşdırmaları gücləndirəcək fərman imzalayıb.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın təşəbbüsü ilə hazırlanan və qadın sağlamlığı sahəsində federal araşdırmaların gücləndirilməsini nəzərdə tutan prezident fərmanını imzalayıb.
Tramp Ağ Evin bağçasında keçirilən imzalanma mərasimində həyat yoldaşı Melaniya Tramp və yaxın işçi heyəti ilə birlikdə iştirak edib.
Mərasimdə çıxış edən Tramp qadın sağlamlığı sahəsində araşdırmaların əhəmiyyətini vurğulayıb. O, Melaniya Trampın bu istiqamətdə yeni bir qurumun yaradılmasını təklif etdiyini və fərmanı da bu təşəbbüsə uyğun olaraq imzaladığını bildirib.
Fərmanın federal səviyyədə qadın sağlamlığı ilə bağlı araşdırmaların daha geniş əhatəli və səmərəli şəkildə aparılmasına töhfə verəcəyini qeyd edən Tramp bu sahədəki təşəbbüslərinə görə həyat yoldaşına təşəkkür edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
