Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları 2026-cı ilin sentyabr ayında Türkiyədə 70 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 8-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə sentyabr ayında xaricilərə mənzil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,9% artaraq 2 167 ədədə yüksəlib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 388 ev (1-ci) alıb. İkinci ən çox mənzili İraq vətəndaşları (16647 mənzil), üçüncü isə Almaniya (162 mənzil) vətəndaşları alıblar.
Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
