Tramp iki ölkəni avtomobil vergilərindən bir ay müddətinə azad etdi | Banco.az

Tramp iki ölkəni avtomobil vergilərindən bir ay müddətinə azad etdi

ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan gələn avtomobillərə tətbiq edilən 25%-lik gömrük rüsumunu bir ay müddətinə dayandırıb.

Banco.az xəbər verir ki, Ağ Ev sözçüsü Karoline Leavitt, ABŞ prezidenti Donald Trampın ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) vasitəsilə ölkəyə gələn avtomobilləri Kanada və Meksikaya tətbiq etdiyi 25 faizlik gömrük rüsumlarından bir ay müddətinə azad edəcəyini açıqlayıb.

ABŞ prezidenti Trampın çərşənbə günü Stellantis, Ford və General Motors şirkətləri ilə görüşdüyünü deyən Leavitt, istisnanın ABŞ, Meksika və Kanada arasında 2020-ci il ticarət müqaviləsinin şərtlərinə uyğun gələn avtomobillərə şamil ediləcəyini söyləyib.

Qeyd edək ki, ABŞ prezidenti Tramp fevralın 1-də Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz əlavə rüsum tətbiq edən sərəncam imzalayıb.