"Titanik" sərnişininin məktubu hərracda rekord qiymətə satılıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Titanik" sərnişininin məktubu hərracda rekord qiymətə satılıb

"Titanik" ilə səfərə çıxan sərnişinlərdən birinin məktubu Böyük Britaniyada keçirilən hərrac zamanı rekord qiymətə – 126 min avroya satılıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, tədbir "Henry Aldridge & Son" hərrac evi tərəfindən təşkil olunub.

Məktub 13 aprel 1912-ci il tarixində qəza zamanı ölən birinci sinfli sərnişin Aleksandr Oskar Holverson tərəfindən gəminin aysberqlə toqquşmasından bir sutka əvvəl yazılıb. Məktub onun Nyu-Yorkda yaşayan anasına ünvanlanıb.