Müəllif:Mehin Qasımova,Banco.az
Amerikalı qrafik prosessorlar istehsalçısı "Nvidia" tarixdə bazar dəyəri 4 trilyon dolları keçən ilk şirkət oldu.
Banco.az xəbər verir ki, bu barədə TradingView saytındakı reytinq məlumatlarında qeyd edilib.
Platformanın məlumatına görə, ticarətin nəticələrinə əsasən, Nvidia-nın kapitallaşması 4 trilyon dollar, Amerikanın NASDAQ birjasında şirkətin qiymətli kağızlarının dəyəri 164,74 dollar (+2,34%) təşkil edib.
Şirkət dünya bazarlarında lider olan bahalı dövlət şirkətlərinin reytinqinə başçılıq edir.
Eyni zamanda, dünyanın aparıcı şirkətlərinin reytinqində ikinci olan Microsoft-un kapitallaşması 502,26 dollar (+1,14%) səhm qiyməti ilə 3,73 trilyon dollar təşkil edir.
"Nvidia" 1993-cü ildə əsası qoyulmuş qrafik prosessorları və digər çipləri inkişaf etdirən Amerika texnoloji şirkətidir. Onun qərargahı Santa Clara, Kaliforniyada yerləşir. Şirkətin inkişafları süni intellekt, video oyun və avtomobil sənayesində geniş yayılıb.