TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb | Banco.az

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 29-da 349 milyon 529 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə  TAP-ın elektron platforması xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,14 % çoxdur.

Kipoi çıxış nöqtəsindən dekabrın 30-u və 31-i 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, dekabrın 23-nə və 24-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,43 % azdır.

Yanvarın 1-dən 5-dək 363 milyon 848 min 997 kVt/saat həcmində sifariş alınıb ki, bu da dekabrın 25-dən 29-dək 4,1 % çoxdur.

Yunanıstanın Komotini çıxış nöqtəsindən dekabrın 29-dan yanvarın 5-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən dekabrın 29-dan yanvarın 5-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 29-dan 1-dək 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 22-dən 25-dək olan sifariş göstəriciləri ilə müqayisədə eyni qalıb.

Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün yanvarın 1-dən 5-dək 304 milyon 828 min 278 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 25-dən 29-dək olan sifariş göstəriciləri ilə müqayisədə 6,2 % çoxdur.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.