Suriya yeni pul vahidinə keçəcək | Banco.az

Suriya yeni pul vahidinə keçəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Suriyada hakimiyyətə gələn müxalif "Həyat Təhrir əş-Şam" qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani ölkəni necə idarə edəcəklərindən danışıb.

Banco.az xəbər verir ki, o, bu barədə "AlarabyTV"yə müsahibəsində bildirib.

Əl-Culani qeyd edib ki, cari valyutanın sabitləşməsindən sonra yeni pul vahidinə keçiləcək.

"Çox əhəmiyyətli iqtisadi qərarlar veriləcək. Dağılmış evlərin inşası və son mühacirə qədər bütün qaçqınların geri qaytarılması prioritet məsələlərdəndir", - deyə o əlavə edib.

Qeyd edək ki, Əbu Məhəmməd əl-Culani ölkədə bundan sonra məcburi hərbi xidmətin olmayacağını da bəyan edib. O qeyd edib ki, “ölkədəki bütün qruplar ləğv olunacaq və silahlar yalnız Suriya dövlətinin əlində qalacaq”.