Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF: Süni intellekt qlobal məşğulluğun 40 faizinə təsir göstərəcək.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) süni intellektin qlobal məşğulluğa mümkün təsirləri ilə bağlı "Süni intellekt və İşin gələcəyi" adlı hesabat dərc edib.
Hesabatda qeyd olunub ki, süni intellekt qlobal iqtisadiyyatı kökündən dəyişdirmək üzrədir və bəzi şərhçilər bunu yeni sənaye inqilabına bənzədirlər.
Süni intellektin iqtisadiyyatlara və cəmiyyətlərə təsirini proqnozlaşdırmağın asan olmadığı vurğulanan hesabatda, xüsusilə, məşğulluq bazarında məhsuldarlığı artıracağını vəd edən süni intellektin bəzi işlərdə insanları əvəz edə biləcəyi qeyd edilib.
Hesabatda süni intellektin qlobal məşğulluğun 40 faizinə təsir edəcəyinə diqqət çəkilərək bildirilib ki, bir çox inkişaf etməkdə olan iqtisadiyyatlar daha az problem yaşaya və eyni zamanda süni intellektin üstünlüklərindən daha az faydalana bilər.
Hesabatda həmçinin xəbərdarlıq edilir ki, bu vəziyyət ölkələr arasında gəlir bərabərsizliyini daha da pisləşdirə bilər və orta səviyyəli işçilərə təsir edən əvvəlki avtomatlaşdırma dalğalarından fərqli olaraq, süni intellektin yaratdığı ixtisar risklərinə yüksək maaş alan işçilər də daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!