Azərbaycan Mərkəzi Bankının bu il mayın 19-da lisenziyasını ləğv etdiyi "Standard Insurance" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin keçmiş sədri Anar Sadıxov yeni yaradılmış şirkətin direktoru təyin olunub.
Söhbət "Lab Test" QSC-dən gedir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu səhmdar cəmiyyətini bu il oktyabrın 8-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, mənzil 115, nizamnamə kapitalı isə 2 min manatdır.
report
Bizi sosial şəbəkələrdən izləyin!!