S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb | Banco.az

S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb

"S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi bu il Azərbaycanda orta illik inflyasiya proqnozunu 3%-dən 2%-ə endirib.

Bu barədə “S&P Global Ratings”in Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

    Agentlik 2025-ci il üzrə Azərbaycanda 4%, 2026-2027-ci illər üçün orta illik inflyasiya gözləntilərini 3% müəyyən edib. Başqa sözlə, S&P bu il üzrə proqnozunu 1% bəndi azaldıb, 2025-ci il üzrə 1% bəndi artırıb, 2026-2027-ci illər üzrə proqnozunu dəyişməyib.

    apa