S&P 500 və Dow Jones indeksləri cümə günü artdı, Nasdaq isə azaldı | Banco.az

S&P 500 və Dow Jones indeksləri cümə günü artdı, Nasdaq isə azaldı

Müəllif - Fərid İslamov - Banco.az

 ABŞ fond indeksləri cümə günü keçirilən ticarət sessiyasını fərqli istiqamətlərdə başa vurublar.

Uoll-Stritin üç əsas indeksi sessiyanın böyük hissəsində mənfi zonada olub. Bunun səbəbi bazarın, süni intellekt texnologiyalarının inkişafı ilə bağlı optimizm fonunda yaşanan güclü artımdan sonra korreksiya mərhələsinə keçə biləcəyi qorxuları idi.

Bununla belə, ABŞ Konqresində Demokrat və Respublikaçı partiya nümayəndələri arasında federal qurumların maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqlarını həll etməyə dair danışıqlarda irəliləyiş xəbərləri bazarda müsbət təsir yaradıb. Bu da S&P 500Dow Jones indekslərinin itirilmış mövqeləri bərpa edib artımla bağlanmasına səbəb olub.

Razılaşmanın əldə olunması, ölkədə tarixdə ən uzunmüddətli hökumət bağlanmasına (“şatdauna”) son qoyacaq.

US Bank Wealth Management şirkətinin baş analitiki Terri Sendven bildirib:

“Şatdaunun başa çatması şübhəsiz ki, bazarda əhval-ruhiyyəni yaxşılaşdıracaq. İnvestorların artıq bir problemi az olacaq.”