Müəllif: Gülnar Əhmədli, Banco.az
"SOCAR Polymer" MMC-nin 2026-cı ilin yanvar-iyul aylarında ixrac gəlirləri 154.4 milyon dollar təşkil edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın avqust sayına istinadən xəbər verir ki, bu, illik müqayisədə 2.2% və ya 3.5 milyon dollar azdır.
Məlumata görə, şirkət 2025-ci ilin eyni dövrü 157.9 milyon dollarlıq məhsul ixrac edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
