Müəllif: Gülnar Əhmədli, Banco.az
"Samsung Electronics" 16,5 milyard dollarlıq müqavilə çərçivəsində "Tesla" üçün yarımkeçiricilər istehsal edəcək.
Banco.az xəbər verir ki, Cənubi Koreyanın ən böyük şirkəti olan "Samsung" qlobal bir şirkətlə çip istehsalı müqaviləsi imzaladığını və bu müqavilənin 2033-cü ilin sonuna qədər davam edəcəyini açıqlayıb.
Mənbələrin məlumatına görə, müştəri "Tesla"dır. "Tesla"nın CEO-su Elon Musk da Samsung-un "Tesla" üçün çiplər istehsal edəcəyini təsdiqləyib:
"Samsung"un Texasdakı nəhəng yeni fabriki "Tesla"nın yeni nəsil AI6 çipinin istehsalı ilə məşğul olacaq. Hazırda "Samsung" AI4 istehsal edir".
Bizi sosial şəbəkələrdən izləyin!!