Artan dəyər dedikdə ilk ağla gələn kriptovalyuta olur. Kriptovalyutaları ən çox məşhurlaşdıran isə 2009-cu ildə Satoshi Nakamoto tərəfindən istifadəyə verilən Bitcoinin 2017-ci ildə təqribən 20 min dollara qədər yüksəlməsi olub. Əksər insanın bu valyuta ilə tanışlığı da məhz 2017-ci ilə təsadüf edir. Ümumiyyətlə, kriptovalyuta kriptoqrafiya, yəni şifrələmə texnologiyası əsasında, tanıdığımız bütün pul növlərinə alternativ olaraq yaradılan alış-veriş vasitəsi, rəqəmsal əşyadır. Onların ən çox diqqət çəkən xüsusiyyətləri isə hansısa mərkəzə bağlı olmamasıdır.
Ən bahalı kriptovalyutalar və onların alternativ dəyərlərini təqdim edir:
Bitcoin - 254,4 milyard dollar;
Ethereum - 43,3 milyard dollar;
Tether - 16,7 milyard dollar;
XRP - 10,7 milyard dollar;
Bitcoin Cash - 4,4 milyard dollar;
Chainlink - 3,9 milyard dollar;
Binance Coin - 3,8 milyard dollar;
Litecoin - 3,4 milyard dollar;
Polkadot - 3,3 milyard dollar;
USD Coin - 2,9 milyard dollar.
Qeyd edək ki, önümüzdəki illərdə kriptovalyutaların ümumi dəyərinin 2 trilyon dollara qədər artacağı gözlənilir.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!