Rusiyadan Azərbaycana pul köçürmələri 45% azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Rusiyadan Azərbaycana pul köçürmələri 45% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rusiyadan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Azərbaycana 85 milyon 651 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,9% (69 milyon 725 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 155 milyon 376 min dollara bərabər olub. 

Qeyd edək ki, ilk 3 ayda Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 37,3% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram