Müəllif:Mehin Qasımova,Banco.az
Süni intellekt şirkəti “Anthropic”in gəlirləri 2026-cı ilin üçüncü rübündə əhəmiyyətli dərəcədə artıb. Şirkətin sentyabrın 30-da başa çatan üç aylıq dövr üzrə gəliri 16,96 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, bu göstərici əvvəlki rübdə qeydə alınan 11,56 milyard dollarla müqayisədə xeyli yüksəkdir. Eyni zamanda, şirkətin xalis zərəri ikinci rübdəki 66,3 milyard dollardan 23,29 milyard dollara qədər azalıb.
Bununla belə, “Anthropic” üçüncü rübdə 567 milyon dollar əməliyyat zərəri açıqlayıb. Halbuki əvvəlki rübdə şirkət 974 milyon dollar əməliyyat mənfəəti əldə etmişdi.
Şirkətin maliyyə nəticələri ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən yenilənmiş ilkin kütləvi təklif (IPO) sənədlərində yer alıb.
Qeyd edək ki, “Anthropic” texnologiya tərəfdaşları, o cümlədən “Amazon” və “Google” ilə bağladığı müqavilələr çərçivəsində təxminən 895,4 milyard dollarlıq xərcləmə öhdəliyi götürüb.
Şirkətin gözlənilən IPO-su süni intellekt sektoruna investor marağının qiymətləndirilməsi baxımından mühüm hadisə hesab olunur.
