Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini proqnozlara uyğun olaraq dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, mərkəzi bankın bəyanatında ölkədə inflyasiyanın azalmağa başlamasına baxmayaraq, hələ də yüksək səviyyədə olduğu bildirilib.
İlin sonunda inflyasiyanın 4-4,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılan bəyanatda Rusiya iqtisadiyyatının 2023-cü ildə proqnozlardan yuxarı olmaqla 3,6 faiz böyüdüyü diqqətə çatdırılıb.
Bəyanatda bildirilib ki, daxili tələbat məhsul və xidmətlərin istehsal gücünü üstələməkdə davam edir və bu səbəbdən də Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 16 faiz səviyyəsində sabit saxlamaq qərarına gəlib.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı axırıncı dəfə 2023-cü ilin dekabrında uçot dərəcəsini 100 baza bəndi artıraraq 16 faizə çatdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!