Müəllif:Mehin Qasımova,Banco.az
2024-cü ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 245 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, Rusiya Çinin xarici ticarət tərəfdaşları siyahısında beşinci yeri tutub.
Bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov deyib.
Diplomat qeyd edib ki, Moskva və Pekin ümumi dəyəri 200 milyard dollar olan 80-dən çox prioritet ikitərəfli layihələr həyata keçirir və ya həyata keçirməyə hazırlaşır.
“İki ölkə rəhbərliyi ikitərəfli praktiki əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən 2030-cu ilə qədər qarşılıqlı ticarətin və investisiyaların əhəmiyyətli, keyfiyyətli irəliləyişinin təmin edilməsi üçün iddialı məqsədlər qoyub",- deyə diplomat deyib.