Müəllif:Ayşən İmanova/Banco.az
Almaniyanın hər ikinci sakini rəqəmsal avroya etibar etmir və istifadəyə verildikdən sonra bu ödəniş metodundan istifadə etmək niyyətində deyil (2025-ci ilə planlaşdırılır).
Banco.az xəbər verir ki , bu barədə “Bloomberg” yazır.
Sorğuda iştirak edənlər virtual valyutadan istifadə etmək istəməmələrinin bir neçə səbəbini qeyd ediblər. Əsas olanlar arasında onlayn pul kisəsinin sındırılma ehtimalı, mümkün məlumat sızması və xərclərin üzərində nəzarətin olmamasıdır.
Qeyd edək ki, Avrozonada nağd pul üstünlük verilən ödəniş üsulu olaraq qalır. 2022-ci ilin məlumatlarına görə, əməliyyatlarda istifadə edilən nağd pulun ən yüksək payı Avstriya və Sloveniyada olub - 70%-dən çox. Almaniyada bu rəqəm 60%-i keçib.
Bizi sosial şəbəkələrdən izləyin!!