Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aparıcı banklarından olan Rabitəbank 2024-cü ildə 14 milyon 851 min manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti 2023-cü illə müqayisədə 1 milyon 790 min manat və ya 13,7% artıb.
Banco.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
2023-cü ilin eyni dövrü ilə müqayisədə bankın aktivləri 1,4% artaraq cari ilin 31 dekabr tarixinə 1 milyard 154 milyon 465 min manata çatıb.
Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin məbləği 2023-cü ilin sonu ilə müqayisədə 126 milyon 933 min manat (17,6%) artaraq 848 milyon 92 min manata yüksəlib.
Bu dövrdə bankın depozit portfeli isə 677 milyon 219 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!