"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR | Banco.az

"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR

Tenderin adı: “Qusar və Sumqayıt filialında təmir işləri”

Tenderin son tarixi: 31.01.2025, saat 12:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət istiqaməti üzrə referansların təqdim edilməsi
  • İşin icra müddəti qeyd edilməsi mütləqdir
  • Zəmanət müddəti və texniki dəstək şərtləri
  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri, qeyd olunan sahə ilə bağlı lisenziyası
  • Qiymət təklifi zərfdə və möhürlü formada ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq Azərbaycan manatı ilə göstərilməlidir
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)-Lazım olduğu təqdirdə istək olunacaq
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olduğu təqdirdə istək olunacaq
  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək Rabitəbank Baş ofis, Satınalma şöbəsinə (Bakı şəh., AZ 1010, 28 May küç. 33) göndərilməlidir.

Tenderin texniki şərtləri, hal-hazırkı şəkilləri, materiallar haqqında məlumatı linkə https://rbt.az/tndr-12  keçid edərək əldə edə bilərsiniz. Əlavə suallarınız yaranarsa, vasif.mammadov@rabitabank.comtender@rabitabank.com elektron poçt ünvanlarına yaza və ya +99451 271-48-48 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.