Qlobal xam polad istehsalı ötən il sabit qalıb | Banco.az

Qlobal xam polad istehsalı ötən il sabit qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal xam polad istehsalı 2023-cü ildə əvvəlki illə müqayisədə faiz baxımından dəyişməz qalıb.

Banco.az xəbər verir ki, Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) 2023-cü il üzrə xam polad istehsalı məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, qlobal xam polad istehsalı ötən il əvvəlki ilə nisbətən faiz baxımından dəyişməyərək 1 milyard 888,2 milyon ton olaraq qalıb.

2022-ci ildə istehsal 1 milyard 887,6 milyon təşkil edirdi.

Asiyada istehsal ötən il 0,7 faiz artaraq 1 milyard 367,2 milyon tona çatıb. Dünyanın lider polad istehsalçısı Çində isə istehsal əvvəlki ilə nisbətən 0,1 faiz artaraq 1 milyard 19 milyon tona çatıb.

Aİ ölkələri arasında Almaniyanın istehsalı 3,9 faiz azalaraq 35,4 milyon tona, İtaliyanın istehsalı isə 2,4 faiz azalaraq 21,1 milyon tona düşüb.

Bununla yanaşı, Çindəki istehsalın 14,9 faiz azalması fonunda qlobal xam polad istehsalı 2023-cü ilin dekabr ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq 135,7 milyon tona düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram