Qlobal neft tədarükü sutkada 240 min barel artıb | Banco.az

Qlobal neft tədarükü sutkada 240 min barel artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal neft tədarükü sutkada 240 min barel artıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) fevral ayına dair neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft təklifi ötən ay gündəlik təxminən 40 min barel artaraq 27 milyon 460 min barel olub.

Bu dövrdə OPEC-in xam neftdən kənar digər qeyri-ənənəvi mənbələrdən hasilatı isə gündəlik 5 milyon 570 min barel olaraq qeydə alınıb. Beləliklə, OPEC-in ümumi neft təklifi ötən ay gündəlik 33 milyon 30 min barel olub ki, bu da əvvəlki ayın səviyyəsindən gündəlik təxminən 50 min barel çoxdur.

OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı isə həmin dövrdə gündəlik təxminən 190 min barel artaraq 70 milyon 220 min barelə çatıb.

Beləliklə, qlobal neft təklifi fevral ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 240 min barel artaraq 103 milyon 250 min barelə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram