Qlobal ərzaq qiymətləri ucuzlaşıb | Banco.az

Qlobal ərzaq qiymətləri ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətləri ötən ay ucuzlaşıb.

Banco.az xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvar ayında aylıq 1 faiz, illik isə 10,4 faiz azalıb.

FAO-nun Ərzaq Qiymətləri İndeksi 2024-cü ilin yanvarında taxıl və ət qiymət indekslərindəki azalmaların şəkər qiymət indeksindəki artımları kompensasiya etməsilə, süd məhsulları və bitki yağı qiymət indekslərində isə cüzi dəyişikliklər fonunda geriləyib.

FAO-nun Taxıl Qiyməti İndeksi yanvarda orta hesabla 120,1 punkt olub ki, bu da dekabr ayı ilə müqayisədə 2,7 punkt (2,2 faiz), 2023-cü ilin yanvar ayı ilə müqayisədə isə 27,4 punkt (18,6 faiz) azalma deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qlobal buğda ixrac qiymətləri də ixracatçılar arasında davam edən güclü rəqabət və cənub yarımkürəsi ölkələrindən yeni yığılmış tədarüklərin gəlməsi səbəbindən yanvar ayında geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram