Qazaxıstan Milli Bankı uçot dərəcəsini 15,25%-ə qaldırdı | Banco.az

Qazaxıstan Milli Bankı uçot dərəcəsini 15,25%-ə qaldırdı

Müəllif:Ayşən İmanova/Banco.az

Qazaxıstan Milli Bankı baza dərəcəsini illik 14,25%-dən 15,25-ə qaldırıb.

Banco.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında dərc olunmuş press-relizdə deyilir.

Sənəddə qeyd olunur ki, qərar yenilənmiş proqnozlar və inflyasiya risklərinin balansının qiymətləndirilməsi nəzərə alınaraq qəbul edilib. Oktyabrın sonunda Qazaxıstanda istehlak qiymətlərinin artımı 8,5%-ə qədər sürətlənib. 2024-cü il üçün inflyasiya proqnozu 8-9%-ə qədər yenidən işlənib.

Cari ilin yekunlarına görə, respublika iqtisadiyyatının artımının 4-4,5 faiz səviyyəsində olacağı gözlənilir.