“Qara bazar”da da dollar satışına limit qoyuldu | Banco.az

“Qara bazar”da da dollar satışına limit qoyuldu

Bankların ardınca “qara bazar”da da dolların satışına limit qoyulub. 

Banco.az xəbər verir ki, Fins.az-ın əldə etdiyi məlumatlara görə, hazırda Bakıda “qara bazar”da 1000 dollardan artıq valyuta satmırlar.

Onların xidmətindən istifadə edən vətəndaşlar həmin məbləğdən artıq dollar ala bilmirlər. Eyni zamanda, dolların “qara bazar”da alış-satış qiyməti də bu gün artıb. 1 dolların satış kursu 1,76 manatdır. Alış qiyməti isə 1,75 manat müəyyən edilib.

Dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə “bazarlıq” edirlər.