Problemli kreditlərin məbləği 6%-dək artıb | Banco.az

Problemli kreditlərin məbləği 6%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin fevralın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475,1 milyon manat təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 5,8%, 2024-cü ilin yanvarına nisbətən isə 4,6% artıb.

Fevral ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6% təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram