Prezidentlər neft məsələsini həll edəcək? | Banco.az

Prezidentlər neft məsələsini həll edəcək?

Rusiya prezidenti Vladimir Putin Venesuela prezidenti Nikolas Maduro ilə danışıqlar aparacaq. Bu məqsədlə N.Maduro sabah Moskvaya işgüzar səfərə gələcək.

TASS-a istinadla verilən məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, belə səfər və görüş cümə axşamına planlaşdırılıb. İlk növbədə ikitərəfli Rusiya-Venesuela münasibətləri haqqında söhbət gedəcək, həmçinin energetika, bank-maliyyə sahələrində konkret layihələrlə bağlı müzakirələr aparılacaq. 

Onun sözlərinə görə, müzakirələr arasında dünyanın neft bazarındakı vəziyyət və digər aktual məsələlər xüsusi yer tutacaq.

Xatırladaq, keçən həftə N.Maduro OPEK-in bir neçə üzv dövlətinə, o cümlədən Çinə səfəri zamanı deyib ki, Səudiyyə Ərəbistanını, Qətər, İran, Əlcəzair və Çin ilə əlaqələrimizin əsas məqsədi dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün səylərimizi ən yüksək səviyyədə davam etdirməkdir.

anspress.com