Müəllif:MehinQasımova,Banco.az
Avropa İttifaqı payız aylarında Rusiyaya qarşı münaqişənin başlanmasından bəri ən genişmiqyaslı sanksiya paketlərindən birini təqdim etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasın sözlərinə görə, yeni məhdudiyyətlər çərçivəsində sanksiyalara məruz qalan Rusiya şirkət və təşkilatlarının sayının təxminən üçdə bir artırılması nəzərdən keçirilir.
Kallas bildirib ki, hazırkı sanksiyalar artıq Rusiya iqtisadiyyatına ciddi təsir göstərib. Brüssel isə Ukraynadakı münaqişə başa çatana qədər Moskva üzərində iqtisadi və siyasi təzyiqin davam etdirilməsinin vacib olduğunu düşünür.
Yeni paketin konkret istiqamətləri hələ açıqlanmayıb. İyul ayında qəbul edilən əvvəlki sanksiya paketi Rusiya bank sektorunu və kriptovalyuta əməliyyatlarını da əhatə etmişdi.
Yeni məhdudiyyətlərin payızda təqdim ediləcəyi gözlənilir.
