Azərbaycanda pensiya yaşının azaldılması müzakirə mövzusu deyil.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bildirib.
"Bu mövzu mətbuatda çıxır, biz də həmin informasiyalarla tanışıq, lakin bu il nazirliyin aparacağı islahatlar çərçivəsində pensiya yaşının dəyişdirilməsi məsələsi yoxdur", - deyə o qeyd edib.
Xatırladaq ki, hazırda Azərbaycanda 65 yaşda pensiyaya çıxırlar. Ötən il ölkədə əmək pensiyaçıların ümumi sayı 1 milyon 98 min 651 nəfər, orta aylıq pensiya 543 manat, yaşa görə pensiya isə 578 manat olub.
Report
