"PAŞA Sığorta" ASC-nin Direktor Şurasında (DŞ) dəyişiklik olub. "Report" xəbər verir ki, İbrahim İbrahimov DŞ-ya üzv seçilib.
O, bu vəzifədə Fariz Əzizovu əvəz edib. Xatırladaq ki, F.Əzizov həm də "Bakı Fond Birjası" QSC-nin İdarə Heyətinin sədri vəzifəsini tutur.
Qeyd edək ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq"ə məxsusdur.