Müəllif - Fərid İslamov - Banco.az
Marketpleys Ozon 2025-ci il üçün maliyyə texnologiyaları (fintech) seqmentinin gəlir artımı proqnozunu 80%-dən təxminən 110%-ə yüksəldib. Bu barədə şirkət üçüncü rüb hesabatını açıqladıqdan sonra məlumat verib.
-
Fintech seqmentinin orta müddətli rentabellik (ROE) təxminən 30% səviyyəsində gözlənilir.
-
Üçüncü rübdə seqmentin gəliri 2,3 dəfə artaraq 53,9 milyard rubl olub, artım kredit və tranzaksiya biznesinin davamlı inkişafı hesabına baş verib.
-
Doqquz ay ərzində fintech gəlirləri 2,5 dəfə artaraq 137 milyard rubl təşkil edib.
Müştəri göstəriciləri:
-
Aktiv fintech müştərilərin sayı illik müqayisədə 45% artaraq 30 sentyabr tarixinə 39 milyon nəfərə çatıb.
-
Ozon Kart ilə platformadan kənar əməliyyatlar üçüncü rübdə ümumi əməliyyatların 60%-dən çoxunu təşkil edib. Şirkət gözləyir ki, ilin sonunda Ozon Kart üzərindən platforma xarici əməliyyatlar həcmi marketpleydəki əməliyyat həcmini üstələyəcək.
Maliyyə göstəriciləri:
-
Üçüncü rübdə vergi öncəsi mənfəət illik müqayisədə 2,4 dəfə artaraq 17,7 milyard rubl olub.
-
Doqquz ay ərzində bu göstərici 2,6 dəfə artaraq 41,8 milyard rubl təşkil edib.
