2025-ci ildə Azərbaycanın ümumi idxalı əvvəlki illə müqayisədə 15.8% artaraq 24 milyard 379.7 milyon ABŞ dollarına bərabər olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal əməliyyatlarında dövlət sektorunun payı 33.9% ( 8 mlrd. 283 mln. dollar), özəl sektorun payı 57.1% ( 13 mlrd. 911.7 mln. dollar), fiziki şəxslərin payı isə 9% ( 2 milyard 184.9 mln. dollar) təşkil edib.
Əvvəlki illə müqayisədə dövlət sektorunun idxalı 31.2%, özəl sektorunun idxalı 9%, fiziki şəxslərin idxalı isə 10.3% artıb.
Qeyd edək ki, ötən il dövlət sektorunun ixracı 11 milyard 448.9 milyon ABŞ dolları, özəl sektorun ixracı 13 milyard 445.5 milyon ABŞ dolları, fiziki şəxslərin ixracı isə 148.5 milyon ABŞ dolları təşkil edib.
